Make Your Resume Now

PAŞA Bank-Mühasibatlıq,büdcə və dəstək üzrə ekspert mərkəzinin rəhbəri

Posted September 30, 2025
Full-time
Director

Job Overview

·       Daxili Audit Departamentinin fəaliyyətinin İllik Audit Planına və büdcəyə uyğunluğunu təmin edir.

·       Audit layihələrinin daxili audit standartlarına riayət etməklə qəbul olunmuş proqramlara əsasən icra edilməsini təmin edir;

·       Şirkətin rəhbərliyi və digər strukturlarla effektiv işguzar münasibətləri dəstəkləyir.

·       Maliyyə hesabatlarının düzgünlüyünə və uyğunluğuna fokuslanan audit tapşırıqlarını planlamaq və icrasına nəzarət etmək;

·       Büdcə prosesinin idarə edilməsinə fokuslanan audit tapşırıqlarını planlamaq və icrasına nəzarət etmək;

·       Dəstək funksiyalar idarə edilməsinə və effektiv icra edilməsinə  (performansına, əməliyyatların uyğunluğuna, ödənişlərin əsaslandırılmasına, səmərəlilik və şəffaflıq meyarlarının yerinə yetirilməsinə) fokuslanan audit tapşırıqlarını planlamaq və icrasına nəzarət etmək;

·       Daxili Audit Departamentinin fəaliyyətini tənzimləyən siyasət, metodologiya və rəhbərliklərin, daxili qaydalar və prosedurların hazırlanmasında iştirak etmək;

·       Daxili Audit Departamentinin büdcəsinin hazırlanmasında iştirak etmək;

·       İllik Audit Planın hazırlamasında iştirak etmək;

·       Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin koordinasiyasını aparmaq;

·       Mühüm riskləri nəzərə alaraq audit layihəsi tapşırığının müəyyən edilməsində, audit layihəsinin gedişatına və büdcəsinə nəzarətdə iştirak etmək;

·       Audit layihələri üzrə hesabatların dəqiqliyinə və vaxtında təqdim olunmasına nəzarət etmək;

·       Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasına nəzarət etmək;

·       Kənar auditorların və digər müstəqil məsləhətçilərin daxili auditorlarla birgə fəaliyyətinin koordinasiyası və məlumat mübadiləsi proseslərinin dəstəkləməsində iştirak edtmək;

·       Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;

Requirements

·       Daxili Audit Departamentinin iş vaxtı istifadəsinin dəqiqliyinə və effektivliyinə nəzərət etmək;

·       Ekspert Mərkəzində çalışan əməkdaşlar arasında tapşırıqların effektiv bölüşdürülməsi və vaxtında icrasını təmin etmək;

·       Ekspert Mərkəzində çalışan əməkdaşların Əsas Fəaliyyət Göstəriciləri (ƏFG) hədəflərinin və inkişaf planlarının müəyyən edilməsində iştirak etmək;

·       Ekspert Mərkəzində çalışan əməkdaşların fəaliyyətinin qiymətləndirilməsini aparmaq;

·       Ekspert Mərkəzində çalışan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək;

·       Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək;

·       Ali təsil;

·       Müvafiq iş təcrübəsi: 7 ildən artıq ümumi, 5 ildən artıq audit və ya bankda maliyyə funksiyasında;

·       Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;

·       Daxili prosedurlar, Şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqda məlumatlı olmaq;

·       Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;

·       Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;

·       Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək baçarığı;

·       Azərbaycan dilini mükəmməl və ingilis dilini işgüzar səviyyədə bilməli;

·       CIA/FRM/CFA/CRMA/CFSA/ACCA/CPA/CIMA və s. üzrə beynəlxalq peşəkar sertifikatlara malik olması və ya mərhələ keçməsi arzuolunandır;

 

Ready to Apply?

Take the next step in your career journey

Stand out with a professional resume tailored for this role

Create Resume